"Yenidən milliyə dəvət aldığım üçün çox şadam. Hər futbolçu milli komandada oynamaq istəyər. Əsas heyətdə kimin olacağı baş məşqçinin qərarından asılıdır. Biz də onun qərarına hörmətlə yanaşmalıyıq. Mənim oynayıb-oynamamağım vacib deyil. Əsas millinin nəticəsidir. Əlimizdən gələni edib, nəticə qazanmaq istəyirik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında ötən gün Misli Premyer Liqasının 27-ci turunda evdə "Şamaxı"nı 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra "Qəbələ"nin qapıçısı Səlahət Ağayev deyib.
Təcrübəli əlcək sahibi gənc həmkarı Yusif İmanovun da De Byazinin etimadını qazanaraq, yığmaya dəvət almasından danışıb:
"Yusiflə "Sabah" klubunda da bir yerdə olmuşuq. Gənc olmağına baxmayaraq, yaxşı perspektivi var. Hər şey baş məşqçidən asılıdır. Əsas odur ki, hər şey milli üçün yaxşı olsun. Mən özüm də gənc olmuşam. Kamran Ağayev sarı vərəqə cəzalısı idi. Berti Foqts Finlandiya ilə matçda məni oynatmışdı".
Offsideplus.az