“Sumqayıt” yarımmüdafiəçisi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib. Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarında da oynayıb.