10 martdan etibarən, qızlardan ibarət U-16 millimiz “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışına başlayıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi qız komandamız, gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.
19 mart tarixinə qədər davam edəcək toplanışda, bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır.