Sabah Misli Premyer Liqasında 26-cı tura start veriləcək.

 Offsideplus.az xəbər verir ki, son turda səfərdə "Neftçi"y böyük hesabla (0:4) məğlub olan "Turan Tovuz" doğma divarlar arasında "Qəbələ"ni sınağa çəkəcək.

Tovuzluların 26 yaşlı yarımmüdafiəçisi Ehtiram Şahverdiyev saytımıza açıqlamasında "Qəbələ" ilə matça yaxşı hazırlaşdıqlarını, komandada ab-havanın yüksək olduğunu bildirib:

"Rəqibi analiz etmişik. Bilirik ki, çox yaxşı komandaya qarşı oynayacağıq. Bizi ağır qarşılaşma gözləyir. Şükürlər olsun ki, komandamızda ab-hava yaxşıdır. "Neftçi" ilə oyundakı səhvlərimizdən nəticə çıxarmışıq. "Qəbələ" ilə matçda əlimizdən gələni edib, 3 xal qazanmağa çalışacağıq".

Qeyd edək ki, martın 11-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" görüşünün start fiti saat 15:00-da səsləndiriləcək.

Daşqın Əziz