Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.
Turun açılış matçında "Şamaxı" "Zirə"nin qonağı olub. "Şirlər" çətin keçən oyundan (2:2) 1 xalla ayrılıb. Hətta oyunun sonlarına yaxın hesabda önə keçməyi də bacaran şamaxılıların 3 xal arzusunu 79-cu dəqiqədə topu öz qapısına göndərən Nihad Quliyev gözündə qoyub.
Qarşılaşmadan sonra "Şamaxı"nın 2-ci qolunun müəllifi olan Kamran Quliyev Offsideplus.az-a açıqlama verib. 22 yaşlı mərkəz hücumçusu "qartallar"la oyundan 3 xalla ayrıla bilmədiklərinə görə təəssüflənib:
"Qol vurduğum üçün çox sevincliyəm. "Zirə"yə qarşı oynamaq həmişə çətin olub.Çünki rəqibin heyətində keyfiyyətli futbolçular var. Lakin əzmkarlıq nümayiş etdirdik, layiqli mübarizə apardıq və matçdan xalla ayrıldıq. Bununla bir daha sübut etdik ki, azərbaycanlı futbolçular bunu bacarırlar ("Şamaxı"nın heyəti bütövlükdə yerli futbolçulardan ibarətdir – red.). Fikrimcə, bu gün 3 xal əldən çıxdı".
Daşqın Əziz