"Şamaxı" klubunun baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə (2:2) matçından sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, matçla bağlı danışıb:
"Zirə" avrokuboklar uğrunda mübarizə aparan, çətin rəqiblərdən biridir. Onlar topa sahib olmağı çox sevir. Sürətli hücumları da olur. Bu haqda futbolçulara əvvəlcədən də, məlumat vermişdik. Onlar da, bizi çətin matçın gözlədiyini dərk edirdilər. İstədiklərimizi yerinə yetirdilər və nəticədə xal qazandıq. Oyunçularımı təbrik edirəm. "Zirə"yə gələcək matçlarda uğurlar arzulayıram".
- Əli Səmədovu əvəzləməyiniz öncədən planlaşdırılmışdı, yoxsa zədə ilə bağlı idi?
- Planlaşdırdığımız əvəzetmə idi.