“Qəbələ” klubu Misli Premyer Liqasının 24-cü turunda “Səbail”lə keçiriləcək oyununa itkilərlə çıxacaq.
Offsideplus.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Omar Hani məşqdə zədələnib və sabah keçiriləcək görüşdə iştirak edə bilməyəcək.
Qapıçı Kristof Atanqana və müdafiəçi Rüfət Əhmədovun isə qarşıdakı bir neçə oyunu buraxacağı daha əvvəldən bəlli idi. Zədəsini sağaldan Ramon Maçado isə artıq komandanın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.