"Gəncədə oynamaq hər bir komanda üçün ağır olub".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın yarımmüdafiəçisi Əli Səmədov deyib. O, ötən tur çərçivəsində səfərdə "Kəpəz"ə 2:3 hesabıyla məğlub olduqları oyun barədə danışıb. Sabiq "Kəpəz"li bu matçda komandasının yaxşı oynadığını bildirib:
"Məğlub olsaq da, yaxşı mübarizə apardıq. Sadəcə, Gəncədə oynamaq çox çətindir. Həm doğma meydan, həm də azarkeş amili rəqibin qələbəsində mühüm rol oynadı. "Qarabağ" kimi komanda da Gəncədə xal itirib (21-ci turda "Kəpəz"lə heç-heçə – 1:1 - red.)".
25 yaşlı futbolçu 24-cü turda doğma meydanda "Sabah"a qarşı keçiriəcəkləri oyundan gözləntilərini də bölüşüb:
"Sabah"la oyunda xal və xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunu bir dəfə bacarmışıq. Yenə də edə bilərik".
Daşqın Əziz