“Sabah” klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Oyuna çox pis başladıq. İkili mübarizələrdə uduzurduq. Müdafiədə səhvlər etdik. İkinci hissədə nə qədər etsək də, heç cür dəyişiklik edə bilmədik.
Qırmızı vərəqə aldığınız epizodu şərh edərdiz...
- Hakimdən soruşmaq lazımdır ki, niyə qırmızı vərəqə göstərdi. Futbol emosiyalar oyunudur. Hakin ya sərt oyuna imkan verməlidir, ya da yox. Bu gün ədalətsiz qərarlar verildi. Penalti epizodundan əvvəl qayda pozuntusu var idi. Hakimlər akkreditasiyanı çox soruşurlar. Dünyanın heç bir yerində belə şeylər yoxdur. Hakimlər oyunlarımızda kobud səhvlər edirlər. Günahkar özümüzük, istədiklərimizi edə bilmədik. Hakimlik bərbad idi.
- Komandanızda bu gün nə alınmadı?
- İkinci hissədə imkanları dəyərləndirə bilmədik. Rəqib də əks-hücumlarda çox təhlükəli idi. Müdafiəmizin kobud səhvindən sonra bizi cəzalandırdılar.