"Turan Tovuz" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Şamaxı"nı minimal hesabla məğlub edib - 1:0.
Matçda yeganə qolu 55-ci dəqiqədə tovuzluların müdafiəçisi Tərlan Quliyev vurub.
30 yaşlı futbolçu görüşdən sonra Offsideplus.az-a açıqlama verib: "Şamaxı" ilə oyunun ağır keçəcəyini bilirdik. Rəqib evdə çox yaxşı futbol sərgiləyir. Şükürlər olsun ki, biz də ağıl və təmkinlə oynadıq. Sona qədər mübarizə apardıq və bizə lazım olan qolu vuraraq qələbə qazandıq".
O, yerli mətbuatda "Huner Group" şirkətinin "Turan Tovuz"un sponsoru olacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Ortada rəsmi bir şey yoxdur. Həm də bu, futbolçuları maraqlandıran məsələ deyil. Sponsorluq məsələsi ilə klub rəhbərliyi məşğul olur. Lakin alınsa, əlbəttə, hər birimiz üçün çox yaxşı olar. Kluba böyük təkan olar. Biz də sadəcə gözləyirik".
Daşqın Əziz