Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, sözügedən vəzifəyə Ronald Kuman təyin olunub. Bu barədə yerli federasiyanın "Tvitter" səhifəsi məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib. 

Xatırladaq ki, "narıncılar"ı son olaraq  Lui van Qal çalışdırıb. O, DÇ-2022-dən sonra vəzifəsindən getdiyini açıqlamışdı. 

Qeyd edək ki, Kuman 2018-2020-ci illərdə Niderland milli komandasına rəhbərlik etmişdi.