Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlıq planında dəyişiklik olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə deyil, Qazaxıstsn təmsilçisi "Jetisu" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, ilk yoxlama oyununda Rumıniya "Petrolul"una məğlub olan (2:3) "Turan Tovuz" ikinci oyununda İsveçrənin "Aarau" klubunu (1:0) məğlub edib.