Azərbayan millisinin baş məşqçisi Canni De Byazi və AFFA rəsmiləri "Kəpəz"in Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstan "MTK Budapeşt"i ilə yoxlama oyununu izləyiblər.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Görüşdə De Byazi ilə yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Misli Premyer Liqasından olan klubların rəsmiləri və məşqçiləri görüşü izləyiblər.
Qeyd edək ki, oyun "Kəpəz"in (1:0) qələbəsi ilə başa çatmışdı.