"Neftçi"nin sabiq idman direktoru, Azərbaycan millisinin keçmiş üzvü Ceyhun Sultanov maraqlı fikirləri ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, funksioner son günlərdə "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovla komandanın futbolçusu Əfran İsmayılov arasında baş verən münaqişə haqda danışıb.

Şəxsi "TikTok" kanalında canlı yayım açan Sultanov, millimizin daha bir sabiq oyunçusu Vüqar Nadirovla birgə başverənləri müzakirə edib. O, məsələnin bu qədər uzanmasını doğru hesab etmədiyini və məşqçi ilə futbolçu arasındakı gərginliyin bu qədər ictimailəşdirilməsini ayıb saydığını bildirib: "Heç kim Tərlan Əhmədova pis məşqçi demir/deyə bilməz. Onunla vaxtilə komanda yoldaşı da olmuşuq. Tərlan "Neftçi" və "Keşlə"də (indiki "Şamaxı" - red.) baş məşqçi olduğu dövrlərdə də bu cür problemlər yaşanmışdı. Ancaq məsələnin bu qədər uzanmasını, ictimailəşdirilməsini ayıb sayıram. Məncə, tərəflər bunu kənarda öz aralarında da müzakirə edə bilərdilər".

Onun bu fikirlərini Vüqar Nadirov da dəstəkləyib.

Xatırladaq ki, Əfran İsmayılov Tərlan Əhmədovu komanda üzvlərindən pul yığmaqda ittiham edib. O, təcrübəli mütəxəssisin sərt qayda-qanunlarından da gileylənib. 

Daşqın Əziz

3r