Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”nin üzvü Həsən Mahmudov və “Qarabağ”ın oyunçusu Əfsun Salmanov zədə səbəbindən heyətdən çıxarılıb.

Onların əvəzinə “Qəbələ”dən Murad Əbilov və Raul Babayev hazırlıq prosesinə qoşulub.