Misli Premyer Liqasının XVII turunda "Sumqayıt" "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb.
"Kimyaçılar"ın 54-cü dəqiqədə ikinci qolunun müəllifi Vüsal İgəndərli olub. 27 yaşlı vinger komandasının Premyer Liqada ardıcıl 3 oyundur ki, məğlub olmaması barədə təəssüratlarını Offsideplus.az-a bölüşüb:
"Hər şey yaxşıdır. İnşallah, davamı "Sabah"la XVIII tur oyununda gələr. Çox yaxşı kollektivimiz var, heyət mehribandır. Hər şey yüksək səviyyədədir. Xal qazandıqca, özümüzə güvən artır".
Vurduğu qolları Kriştiano Ronaldo kimi qeyd edən V.İsgəndərli, dekabrın 18-də keçiriləcəkdünya çempionatının finalında Argentinanın qalib gəlməsini istəmədiyi söyləyib:
"Bəli, dünyanın ən güclü oyunçusunun qol sevincini edirəm (gülür). Qol vurub, bu cür qeyd etmək mənə əlavə motivasiya verir. Ronaldoya görə Dünya Kubokunun finalında Argentinanın qazanmasını istəmirəm. İnşallah, qalib gəlməz".
Qeyd edək ki, "Sumqayıt" dekabrın 23-də "Sabah"la üz-üzə gələcək.