Niderland millisinin və “Barselona”nın hücumçusu Memfis Depay maraqlı paylaşımı ilə diqqət çəkib.

Offsideplus.az  xəbər verir ki, o, DÇ-2022-nin 1/8 finalında ABŞ-a qalib gəldikləri (3:1) oyundan sonra “twitter”də  keçmiş basketbolçu Çarlz Barklinin şəkli ilə matçın hesabını yerləşdirərək, aşağıdakı sözləri yazıb:

“Lotta qabığı, dişləməz”.

Çarlz Barkli "TNT" telekanalında Niderland millisinin ABŞ komandası üçün təhlükə yaratmadığını, İspaniya, Braziliya kimi komandalarla qarşılaşmağın daha maraqlı olacağını söyləmişdi.