Niderland millisinin və “Barselona”nın hücumçusu Memfis Depay maraqlı paylaşımı ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, o, DÇ-2022-nin 1/8 finalında ABŞ-a qalib gəldikləri (3:1) oyundan sonra “twitter”də keçmiş basketbolçu Çarlz Barklinin şəkli ilə matçın hesabını yerləşdirərək, aşağıdakı sözləri yazıb:
“Lotta qabığı, dişləməz”.
Çarlz Barkli "TNT" telekanalında Niderland millisinin ABŞ komandası üçün təhlükə yaratmadığını, İspaniya, Braziliya kimi komandalarla qarşılaşmağın daha maraqlı olacağını söyləmişdi.
Lotta bark, no bite. pic.twitter.com/a43wWacY9v
— Memphis Depay (@Memphis) December 3, 2022