Şimali Makedoniya millisinin üzvü Enis Bardi sabah Azərbaycan yığmasına qarşı baş tutacaq yoxlama matçından öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu sözləri deyib:
"Futbolda favorit deyə bir şey yoxdur. Bu, yaxşı oynamağınızdan asılıdır. Finlandiyaya qarşı matçı analiz etdik, etdiyimiz kiçik səhvləri düzəltməliyik. Azərbaycana qarşı yaxşı nəticə əldə edəcəyimizə inanıram. Rəqib fiziki olaraq güclüdür. Hücum edəcəyik, istəyirik ki, inamlı qələbə qazanaq və ili uğurla başa vuraq".
Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.