Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniya ilə yoxlama görüşü keçirəcək.

Offsideplus.az xəbər verir ki, seçməmizin məşqçisi Arif Əsədov Şimali Makedoniyanın dünən Finlandiyaya qarşı keçirilən yoxlama matçını tribunadan izləyib

Əsədov iki gün sonra qarşılaşacağımız rəqib barədə Canni De Byaziyə məlumatlarını ötürüb. Şimali Makedoniya evdə Finlandiya ilə 1:1 bərabərə qalıb.

Xatırladaq ki, Şimali Makedoniya - Azərbaycan matçı noyabrın 20-də, saat 17:00-da Skopyedə keçiriləcək.