Bədavi Hüseynov Azərbaycan millisinin Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoldaşlıq oyunlarını buraxacaq.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, yığma noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.