"Visla"nın (Plotsk) müdafiəçisi Anton Krivotsyuk Azərbaycan yığmasına çağırılıb.
Offsideplus.az xəbər verir ki, o, Moldova və Şimali Makedoniya ilə yoxlama görüşlərinə cəlb ediləcək.
Azərbaycan millisi noyabrın 16-da Kişinyovda "Zimbru" stadionunda Moldova yığmasının qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq.
Noyabrın 20-də isə yığmamızı Skopyedəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək. Həmin matç isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.