"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev "Sumqayıt"la oyunla bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, matçda yeganə qolun müəllifi olan Ş.Əliyev "CBC Sport"a açıqlamasında qol vurduğu üçün sevindiyini dilə gətirib.
"Oyuna ilk hissədə yaxşı başladıq, ikinci hissə də pis deyildi. Rəqibi yaxşı analiz etmişdik, səbirli oynamaq lazım olduğunu bilirdik. Düzgün oynadıq və qələbə qazandıq. Qol vurduğum üçün sevinirəm, çalışırıq ki, hər oyunda komandaya kömək edək".
Qeyd edək ki, matç "Turan Tovuz"un minimal hesablı qələbəsi ilə yekunlaşıb: 1:0.