"Neftçi" Misli Premyer Liqasının IX turunda "Turan Tovuz"la ev oyununa çıxacaq.
Paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Offsideplus.az-a açıqlamasında "Bakcell Arena"nın matça qədər tam hazır olacağını söyləyib:
"Stadiondakı yenilənmə işləri yekunlaşmaq üzrədir. Oktyabrın 8-də "Turan Tovuz"la oyunda rəqibi öz meydanımızda qəbul edəcəyik".
"Ağ-qaralar" avqustun 30-dan arenanın ot örtüyünün bərbası ilə əlaqədar PFL-ə müraciət edib. Yenilənmə işləri səbəbindən “Səbail” komandasının razılığı ilə I dövrənin VII turunun oyunu “Səbail” – “Neftçi”, II dövrənin XV turunun oyunun “Neftçi” – “Səbail” olaraq dəyişdirilmişdi.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” matçı oktyabrın 8-də “Bakcell Arena” saat 19:30-da keçiriləcək.