"Sabah"ın futbolçusu Elvin Camalov Azərbaycan çempionatında ilk qolunu vurub.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, o, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov özünün 187-ci oyununda qol vuraraq, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub.
Qeyd edək ki, debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.