"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya” (Krayova) klubundan qovulması xəbərlərini təkzib edib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 2021/22 mövsümündə rəhbərlik etdiyi komandadan öz istəyilə ayrıldığını açıqlayıb.
"Klubun prezidenti Mixay Rotaru heç məni komandadan qovmayıb. Başqa səbəblər var idi, lakin bunu indi müzakirə etməyin mənası yoxdur. Hamısı keçmişdə qalıb. Mixayla dostluğumun bu olanlara bir aidiyyatı yoxdur. Müqaviləyə xitam vermək qərarına gəldik, o, komandadan ayrılmağımı heç vaxt istəməmişdi".
Qeyd edək ki, Regekampf cari mövsümün əvvəlində "ağ-qaralar"ın sükanı arxasına keçib.