Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 304 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ"ın adı var.

Ağdam təmsilçisi ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə yer alıb. Qurban Qurbanovun komandası Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni göstəricəyə (131 xal) sahibdir. 

Qeyd edək ki, ilk 2 pillədə Braziliyanın iki klubu -  "Palmeyras" (305 xal) və "Flamenqo" (303 xal) qərarlaşıb. Üçlüyü isə İngiltərənin "Liverpul"  (293 xal) klubu tamamlayır.