"Kəpəz" klubunun müdafiəçisi Yeqor Xvalko zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı oyunçunun müalicə prosesi başa çatıb. Özünü yaxşı hiss edən futbolçu artıq kollektiv ilə məşqlərə də başlayıb.
Komandanın digər zədəli futbolçusu Elvin Yunuszadənin də müalicəsini tamamlayıb. O, sabahdan fərdi halda məşqlərə start verəcək.