"Trabzonspor"un futbolçusu Benqali-Fode Koyta ilə maraqlanan klubların sayı artıb.
Offsideplus.az "61saat"a istinadən xəbər verir ki, 31 yaşlı forvardın adı "Qarabağ"la hallanır. Fransız futbolçunun agenti transfer danışıqları üçün Trabzona gedib. Koyta ilə Türkiyənin "Hatayspor" və "Giresunspor" klubları da maraqlansa da, oyunçu bu klubların təklifini geri çevirib.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov daha öncə 3-4 futbolçu ilə danışıqlar getdiyini, lakin transferlərin alınmadığını bildirmişdi.
Qeyd edək ki, "Trabzonspor" 2021-ci ildə "Kasımpaşa"dan aldığı futbolçu ilə yollarını ayırmaq istəyir.