Yaşar Vahabzadənin gedişindən sonra baş məşqçi axtarışında olan "Kəpəz"in komandanın sükanı arxasına Novruz Əzimovu gətirmək istədiyi ilə bağlı məlumat yayılıb.
Offsideplus.az məsələ ilə bağlı olaraq, veteran futbolçu ilə əlaqə saxladı. Tanınmış mütəxəssis Gəncə təmsilçisinin ona təklif göndərmədiyini açıqladı:
"Xeyr, "Kəpəz"dən təklif almamışam. Təklif olmadığı halda isə, bu barədə fikirləşməyə dəyməz. Klub müraciət etməyibsə, komandanın baş məşqçisi olmaq istəyib-istəməməyim bir əhəmiyyət daşımır".
Qeyd edək ki, hazırda "Kəpəz"də baş məşqçi səlahiyyətlərini Xaliq Mərdanov icra edir.
Offsideplus.az