“Qarabağ” klubu sponsorluq müqaviləsi imzalayıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi “Liv Bona Dea Hospital”la əməkdaşlığa başlayıb. Müqaviləyə “Qarabağ”ın direktoru Emrah Çelikel və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbək imza atıb.
Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.