19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gündən avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma təlim-məşq toplanışı çərçivəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq görüşləri üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş U-19 millisinin heyəti:
Məlik-Yeqanov Vaqif, Musa Məmmədov, Axundzadə Nəriman ("Qarabağ"), Həsənov Sahib, Adilxanov Edgar, Səfərov Qurban ("Şamaxı"), Rəvan Kazımov, Abbasov Rüfət, Nurlan Musayev, Salyanski Ağadadaş, Ayxan Süleymanlı ("Sumqayıt"), Rüstəmov Emin, Bədizadə Ayxan, Məmmədov Elcan ("Səbail"), Rəşidov Nuğayev (MOİK), Firəddin Abdullayev, Nicat Quliyev ("Sabah"), İbrahim Ramazanov, Samir Ağayev, Şahniyarov Şahin ("Qəbələ"), Cavad Kərimov ("Kəpəz"), Mahmud Ağayev ("Zirə"), Şəfiyev Sadiq ("Turan Tovuz")