23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarını üçüncü pillədə başa vuraraq turnirin bürünc medallarını qazanıb.
Offsideplus.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev telefonla zəng edərək millimizi qazandığı nəticə münasibətilə təbrik edib.
Xatırladaq ki, yığmamız Əlcəzairi penaltilər seriyasında 4:3 hesabıyla məğlub edib.