Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü start götürəcək.
Offsideplus.az xəbər verir ki, PFL 31-ci milli çempionatın startı ərəfəsində yarışda ən çox oyun keçirən 30 futbolçunun siyahısını təqdim edib.
Mütləq rekord "Səbail"in kapitanı Rahid Əmirquliyevə məxsusdur. Mahmud Qurbanovun göstəricisini ötən mövsüm arxada qoyan yarımmüdafiəçi qarşıdakı çempionatda da iştirakçılar sırasında olacaq. Yalnız bu iki oyunçu “400” səddini arxada qoyub. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır.