Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Offsideplus.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşlərində "Qəbələ" və "Neftçi"nin qələbə qazanması, "Zirə"nin isə heç-heçə etməsi ölkəmizin aktivinə daha 0,625 xal yazdırıb. Müvafiq olaraq, "Neftçi" və "Qəbələ" hərəyə 0,250, "Zirə" isə 0,125 xal qazandırıb.

Bu mövsüm Azərbaycanın qazandığı xal sayı 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatıb. Buna baxmayaraq, 29-cu yerdə olan ölkəmizin irəliləməyi mümkün olmayıb. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. 

Qeyd edək ki, "Neftçi" Bakıda "Aris"i (Limassol) 3:0, "Qəbələ" evdə "Fehervar"ı (Macarıstan) 2:1 hesabı ilə məğlub edib. "Zirə" isə İsrail səfərində "Makkabi" (Təl-Əviv) ilə qolsuz bərabərə qalıb. Bu nəticələrdən sonra "Neftçi" mərhələni keçibsə, "Zirə" ilə "Qəbələ" isə mübarizəni dayandırmalı olub.