''Şamaxı" klubunun yeni baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu məsələ ilə bağlı klubun mətbuat xidməti məlumat yayıb:
"Şamaxı" FK bildirir ki, hal-hazırda əsas komandanın məşqçi və futbolçu heyətinin fornalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir.
Artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilmişdir.
Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
Digər vacib bi təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.
Digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı yeniliklər barədə Şamaxı FK ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat verəcəkdir".