Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatı start götürüb.
Yığmamız bu turnirin ilk matçında ev sahibi Malta seçməsi ilə qarşılaşıb və məğlub olub - 71:73.
Oyunla bağlı millinin kapitanı Amil Həmzəyevlə əlaqə saxladıq.
O, qarşılaşma haqda Offsideplus.az-a açıqlamasında bunları dedi: "Oyuna çox pis başladıq, amma daha sonra toparlandıq. Təəssüf ki, hakimlərin yerli komandaya köməyi və oyunçularımızın cəzalanması matçımıza təsir etdi. İnşallah, ümidimiz var. Bu gün da Andorra ilə oynayırıq. Qalib gələcəyimizə inanıram".
Cavid Əliyev



