Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə heç-heçə edib - 1:1.
Yoxlama oyunu
20:00. "Qəbələ" - "Dinamo" (Zaqreb)