"Neftçi"nin boş qalmış baş məşqçi postuna təyin olunacaq şəxsin adına aydınlıq gəlmək üzrədir.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" tanınmış türkiyəli çalışdırıcı Ərtoğrul Sağlamla razılığa gəlib.
Klubun idman direktoru Zaur Əzizov 52 yaşlı mütəxəssislə görüşüb və ilkin anlaşma əldə olunub.
Qeyd edək ki, təcrübəli çalışdırıcı “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub. O, “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” və “Samsunspor” kimi komandalara da rəhbərlik edib. Ərtoğrul Sağlam bu ilin fevralından “Traktor” klubuna başçılıq edir.