21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Drammen şəhərindəki “Marienlist” stadionunda oynanılan görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Norveç 24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.
14 iyun
20:00. Norveç – Azərbaycan - 2:1
Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65
Drammen. “Marienlist” stadionu
Norveç U-21: Kristoffer Klaesson, Sebastyan Sebulonsen, Henrik Heggheym, Yesper Daland, Fredrik Oppegard, Tobias Kristensen, Kristian Arnstad, Yohan Hove, Emil Geyde, Yorgen Larsen, Erik Botheym (k)
Azərbaycan U-21: Əkpər Əliyev, Nihat Quliyev, Elvin Cəfərquliyev, Rauf Hüseynli (k), Zamiq Əliyev, Ədilxan Qarəhmədov, Şakir Seyidov, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Abdula Xaybulayev, Musa Qurbanlı