AFFA-nın təşkil etdiyi U-9 liqasının qalibi olan "Qarabağ" U-9 üzvləri klubun bazasını ziyarət ediblər.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar"ın akademiyasının məşqçiləri və rəsmilərinin iştirak etdiyi turda futbolçular "Azersun Arena"nı gəzib, bazada yaradılmış şəraitlə tanışıb olublar.