Azərbaycan millisinin üzvü Namiq Ələsgərov çıxış etdiyi "Bursaspor"un məşqinə çıxmayıb.

Offsideplus.az xəbər verir ki, komandanın heyətində olan legioner futbolçular "Menemenspor"la keçiriləcək oyunun hazırlıqlarına qatılmayıblar. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl "timsahlar"ın prezidenti komandanın 3-cü liqaya düşdüyü üçün legionerlərlə yolların ayrılacağını demişdi.