Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda "Zirə" "Neftçi"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyunu stadiondan izləyənlər arasında daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev də olub.
Xatırladaq ki, qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Daşqın Əziz