12-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində VII Beynəlxalq Türk Açıq çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Bu ildən WAKO tərəfindən Dünya Kuboku sayılan bu yarışda kikboksinqin K1, "Low Kick", "Full Contact", "Kick Light", "Light Contact" və "Point Fighting" növləri üzrə mübarizə gedəcək.
Bu yarışda Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət idmançıları da mübarizə aparacaq. Ümumilikdə qardaş ölkədə Azərbaycanın 107 idmançısı yarışacaq. İlk dəfə bu yarışda Azərbaycan kikboksinqin "Point Fighting" növündə də təmsil olunacaq. 31 azərbaycanlı idmançı 14 çəki dərəcəsi (5 qadınlar, 9 kişilər) üzrə "Point Fighting"də qüvvəsini sınayacaq. Bu yarışda ilk "üçlüy"ə düşən idmançılarımız avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaq.
Bu məqsədlə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev rəhbəri olduğu qurumun Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində Türkiyədə yarışacaq idmançıları qəbul edib. O.Əliyev idmançılara inandığını, qardaş ölkədə bayrağımızı yüksəklərə qaldıracaqlarından şübhəsinin olmadığını bildirib və onlara uğurlar arzulayıb. O bildirib ki, özü də yarışı tribunadan canlı olaraq izləyəcək.
Qeyd edək ki, yarışda gənclər və yeniyetmələr üzrə yığmamızın baş məşqçisi Hikmət Hacıyev, "Point Fighting" üzrə böyük məşqçi İlqar Abbasov, məşqçi Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, "Full Contact" üzrə böyük məşqçi Telman Məhərrəmov, məşqçi Pərvin Məmmədov və Eduard Məmmədov idmançıları rinq və tatamiyə çıxaracaq. Dünya Kubokunun hakimləri arasında AKF-nin Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaq.