Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Ceyhun Hacıyev fərqlənib.

U-18 keçirdiyi ilk yoxlama oyununda “Sumqayıt”ın əsas komandası ilə 1:1 hesablı heç-heçə etmişdi.