Premyer Liqaya yüksəlməyi təmin edən "Fulhem" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Offsideplus.az "90min"ə istinadən xəbər verir ki, London təmsilçisi  "Latsio"nun 27 yaşlı yarımmüdafiəçisi Serjey Milinkoviç-Saviçi transfer etmək niyyətindədir. Onun Roma klubuyla hazırkı müqaviləsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Serbiya millisinin üzvü 2015-ci ildən "Latsio"da çıxış edir.