Slovakiya çempionatının qalibi məlum olub.

 Offsideplus.az xəbər verir ki, "Slovan" bu uğura yiyələnib. Onlar pley-off mərhələsinin 6-cı turunda səfərdə "Ruzomberok"la ( 0:0 ) heç-heçə etməklə buna nail olub.

Beləliklə, sona 3 tur qalmış Bratislava təmsilçisi qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, onlar tarixlərində 24-cü dəfə ölkə çempionu olublar.