"Lill"in hücumçusu Burak Yılmaz mövsümün sonunda yenidən Türkiyəyə qayıdacaq.
Offsideplus.az "Fanatik"ə istindən xəbər verir ki, Fransa təmsilçisindən mövsümün sonunda ayrılacaq olan 36 yaşlı hücumçu "Qalatasaray"a keçəcək. İstanbul nəhənginin rəhbərliyi illik 850 min avro maaşla futbolçu ilə anlaşıb. Hətta hər qələbəyə görə də Buraka premya veriləcək.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2012/2016-cı illər aralığında "cim-bom"da çıxış edib.