Yerli mətbuatda olan xəbərə görə, "Qarabağ" növbəti mövsüm heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.
Belə ki, "köhlən atlar" "Bordo"nun hücumçusu Mbaye Niyanqla maraqlanır. Lakin bazar dəyəri yüksək olan oyunçunun Azərbaycana gəlməsi o qədər də asan görünmür. Əgər Fransa təmsilçisi Liqa 2-yə yuvarlanacağı halda bu keçid reallaşmağa yaxın ola bilər.
Məsələni dəqiqləşdirmək üçün Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
Klun rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Xeyr, bu xəbər həqiqəti əks etdirmir. Biz belə bir futbolçu ilə maraqlanmırıq".
Qeyd edək ki, 27 yaşlı hücumçu karyerası ərzində "Milan", "Cenoa", "Monpelye", "Uutford", "Torino" və "Renn" formaları geyinib.
Cavid Əliyev