“Sabah” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az "tələbələr"in mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlanıb.
“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb. Aleksey, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.